» » Tanınmış aktrisa təcavüzə məruz qaldığını etiraf etdi

Tanınmış aktrisa təcavüzə məruz qaldığını etiraf etdi

Tanınmış aktrisa təcavüzə məruz qaldığını etiraf etdi

Amerikalı aktrisa Evan Reyçel Vud iki dəfə təcavüzə məruz qaldığını etiraf edib.

ucarliyiq.biz xəbər verir ki, Vud bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

“Birinci dəfə mənə qarşı bu hərəkəti sevgili olduğum şəxs etmişdi. İkinci dəfə isə barın sahibi. Bu cür hadisələrə susmaq lazım deyil. Bu, çoxdan olub. Ancaq indi başa düşürəm ki, bu, mənim günahım deyil”.

Xatırladaq ki, aktrisa oktyabr ayında feministləri yeni çəkildiyi “Westworld” adlı seriala baxmağa dəvət etmişdi. Serialda qadına qarşı təcavüz səhnələri yer alıb. Hələlik ekran əsərinin bütün bölümləri işıq üzü görməyib. Vud orada Dolores Abernati obrazını canlandırır.

Qeyd edək ki, aktrisa “Thirteen” filmindəki roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb.