» » Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək
Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə 1 dekabr 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir keçiriləcək.

Ucarliyiq.biz - in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinləniləcək.

Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçin və Azərbaycanın Əməkdar Artisti, xanəndə Elnarə Abdullayeva tərəfindən xalq mahnıları da təqdim olunacaq.

Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək