» » Soso Pavliaşvili Bakıya gəlib

Soso Pavliaşvili Bakıya gəlib

Soso Pavliaşvili Bakıya gəlib

Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili bu gün Heydər Əliyev Sarayında konsert verəcək.

ucarliyiq.biz xəbər verir ki, xeyriyyə məqsədi ilə keçirilən konsert proqramında Emin, Vaxtanq Kikabidze və “A-studio” qrupu da çıxış edəcək.

Soso Pavliaşvili Bakıya gəlib

Tədbirdən əldə edilən gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmiş, ifaçının müraciəti müvafiq qaydada nəzərdən keçirilmiş və onun ölkə ərazisinə girişinə icazə verilmişdi.

Onun Bakıya gəlişi sosial şəbəkə istifadəçiləri, millət vəkilləri, mədəniyyət xadimləri və bir sıra tanınmış insanlar tərəfindən birmənalı qarşılanmamış və buna etiraz edilmişdi.