» » Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Tanınmış türkiyəli aktyor Erdal Tosun Sarıyerdə avtomobil qəzasında dünyasını dəyişib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadən xəbər verir ki, Maslakdan Sarıyer istiqamətində hərəkətdə olan 34 EJ 8342 markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb və fırlanaraq Erdal Tosunun idarə etdiyi 34 UJ 3409 markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilin tavan qismi çöküb və aktyor içəridə sıxışıb.

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Hadisə yerinə gələn polis əməkdaşları Tosunun meyitini təxminən 1 saat müddətində oradan çıxara biliblər.

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Faktla bağlı cinayət işi başlanıb.

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Qeyd edək ki, 9 aprel 1963-cü ildə İstanbulda doğulan Erdal Tosunun atası Necdet Tosun və qardaşı Gürdal Tosun da aktyor idi. 1975-ci ildə 12 yaşında ikən atası vəfat edib. Qardaşı isə 33 yaşında dünyasını dəyişib.

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Tanınmış aktyor avtomobil qəzasında vəfat etdi – FOTO

Erdal Tosun Beyoğlu Fındıklı Liseyini 1980-ci ildə bitirib. Ardınca Memar Sinan Universiteti Dövlət Konservatoriyasından məzun olub.

1981-ci ildə Atif Yılmazın təklifi ilə “Mine” filmində oynayaraq kino həyatına başlayıb. “Bir demet Tiyatro” və “Ölümsüz Aşk” seriallarında rol alıb. “Vizontele”, “Vizontele Tuuba” və “Gönül yarası” adlı filmlərdə çəkilib.