» » Türk aktrisa azərbaycanlı mafiya liderini canlandıracaq – FOTO + VİDEO

Türk aktrisa azərbaycanlı mafiya liderini canlandıracaq – FOTO + VİDEO

Türk aktrisa azərbaycanlı mafiya liderini canlandıracaq – FOTO + VİDEO

“Miss Turkey - 2002”-nin qalibi, model, aktrisa Esra Sönmezer “Oldumu şimdi?” filmində azərbaycanlı mafiya liderini canlandıracaq.

ucarliyiq.biz m.abcgazetesi.com-a istinadla xəbər verir ki, aktrisa ekran əsərində təbii oynamaq üçün çəkiliş boyunca ac qaldığını söyləyib.

Türk aktrisa azərbaycanlı mafiya liderini canlandıracaq – FOTO + VİDEO

“Mən gülməyi sevən, əyləncəli xarakterə sahibəm. Filmdə mafiya liderinin sərtliyini tamaşaçıya dolğun çatdırmaq üçün çəkiliş meydançasına ac getdim. Ac ikən psixopat kimi oluram, hər kəsin qəlbinə dəyə bilərəm, gözüm heç bir şeyi görmür. Filmdə rola girmədim, çəkilişlərə ac getdiyim üçün təbii oynadım”, -deyə o bildirib.

Türk aktrisa azərbaycanlı mafiya liderini canlandıracaq – FOTO + VİDEO

Ekran əsərinin ssenari müəllifi Ali Kobanbay, rejissoru Kenan Öztürkdür. Film üçün musiqini Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Vüsalə Hikmət bəstələyib. Ekran işinin prodüseri həmyerlimiz İkram Əhmədovdur.

Filmdə Yavuz Seçkin, Orhan Aydın, Seda Güven çəkilib. Həmçinin azərbaycanlı rejissor Kənan M.M. də epizod rolda oynayıb.

“Oldumu şimdi?”-nin premyerası dekabrın 16-da baş tutacaq.