» » Müğənninin səhnədə çıxışı zamanı atəş açıldı

Müğənninin səhnədə çıxışı zamanı atəş açıldı

Müğənninin səhnədə çıxışı zamanı atəş açıldı

Ötən gün müğənni Kerimcan Durmazın səhnə aldığı məkanda bilinməyən bir səbəblə iki qrup arasında dava düşüb, pnevmatik tüfənglə atəş açılıb. Türkiyə mediasında ifaçının ayağından güllə yarası alması xəbərləri yayılıb.

ucarliyiq.biz xəbər verir ki, Kerimcan Durmaz hadisə ilə bağlı hurriyet.com.tr-yə müsahibə verib.

“Səhnədə ikən məni qolumdan tutub qəfil bayıra çıxardılar. Sürətlə çölə çıxarkən ayağım burxuldu. Amma mən silah səsi eşitmədim. Baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. Hal-hazırda sağlamlığım yerindədir və İstanbuldayam”, - deyə müğənni bildirib.