» » "Hürrəm Sultan" ekranlara dönür

"Hürrəm Sultan" ekranlara dönür

"Hürrəm Sultan" ekranlara dönür
"Hürrəm Sultan" ekranlara dönür

İş şəraiti çətin olduğu üçün seriallarda yer almayan aktrisa Vahide Perçin ilyarım sonra səhnəyə qayıdıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, 3 il əvvəl xərçəng xəstəliyindən müalicə alaraq sağalan aktrisa serial çəkilişlərinin uzun sürdüyünü deyərək ekranlardan uzaq qalmışdı.

Çəkiliş meydançasına dönən Vahide serialda öz təyin etdiyi qrafik ilə işləyəcəyini şərt qoyub. Bundan əlavə isə o, bir neçə kaprizli qayda da qoyub:

"Saç, makiyaj da daxil olmaqla çəkiliş meydançasında cəmi 10 saat qalacağam. Həftədə 2 dəfə icazəm olmalıdır. yeməklərdə isə özümə məxsus qidalanma proqramım olacaq".

Ən son "Möhtəşəm yüz il"də "Hürrəm Sultan" olan aktrisanın yeni çəkiləcəyi serialın adı "Göç zamanı"dır. V.Perçinin tərəf müqabili Talat Bulut olacaq. Hər seriyaya 60 min lirə alacaq aktirsa ən çox qazanan aktrisalar siyahısındadır. O, təklif gələn filmlərdən isə 150 min lirə istəyir.

Qeyd edək ki, Talat Bulut ilə Vahide Gördüm, 2007-2008-ci illərdə "Annem" serialında birgə çəkilmişdi.