» » "Məni öldürməklə hədələyirdilər" - "Min bir gecə"nin aktrisası

"Məni öldürməklə hədələyirdilər" - "Min bir gecə"nin aktrisası

"Məni öldürməklə hədələyirdilər" - "Min bir gecə"nin aktrisası
"Məni öldürməklə hədələyirdilər" - "Min bir gecə"nin aktrisası “Min bir gecə” serialından Eda obrazı ilə tanınan aktrisa Canan Ərgüdər “Hürriyet”ə müsahibə verib.

Ucarliyiq.biz - in məlumatına görə, əvvəllər Amerikada yaşayan aktrisa vətəninə qayıtma səbəblərindən və yaradıcılığından danışıb. Canan karyerasına görə ABŞ-da qurduğu ailəsini belə dağıtdığını deyib:

“8 il əvvəl “Bıçak sırtı” serialının sınaq çəkilişlərinə gəldim. Əvvəlcə mənə alınmayacaq dedilər, Amerikaya qayıtdım. Lakin daha sonra “Qərarımızı dəyişdik, çəkilişlər səninlə olacaq” dedilər. Bu, bütün həyatımı dəyişdi. Çünki Türkiyəyə köçdüm. Elə bildim ki, burada 10 aylıq qalacağam. Ancaq sonra “Min bir gecə” serialından təklif gəldi. Məcbur olub bəzi qərarlar verdim. Boşandım və tamamilə bura köçdüm”.

C.Ərgüdər “Min bir gecə”də yaratdığı mənfi obraza görə küçədə insanlar tərəfindən şantaj olunduğunu da bildirib:

“Müsbət rolda çəkilməyə nə var ki? Əsas odur ki, mənfi obrazı məharətlə yaradasan. Əvvəllər mənə göstərilən reaksiyanı görəndə xətrimə dəyirdi, sonra isə buna öyrəşdim. Küçədə məni görənlər “Səni öldürmək lazımdır” deyə üzümə hədələr söyləyirdilər”.