» » "Boyuma və dodaqlarıma görə mənə lağ edirdilər"

"Boyuma və dodaqlarıma görə mənə lağ edirdilər"

"Boyuma və dodaqlarıma görə mənə lağ edirdilər"
"Boyuma və dodaqlarıma görə mənə lağ edirdilər" Rusiyalı model İrina Şeyk özü ilə bağlı maraqlı etiraflar edib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı model uşaqlıqda oğlanlar tərəfindən mənəvi zorakılığa məruz qaldığını deyib. O, yeniyetməlik çağında ona çoxlu ləqəblər qoyulduğunu və heç vaxt şalvar geyinmədiyi üçün lağ hədəfi olduğunu söyləyib:

“Ətək geyinəndə uşaqlar mənə, baxın, taxta yenə dikdabanlarıyla gəzir” deyirdilər”.

Şeyk oğlanların onu uzun boyu, dərisinin tünd rəngi və iri dodaqlarına görə də gülüş obyektinə çevirdiklərini bildirib.

İrina anasının məsləhətlərini unutmadığını söyləyib. O, valideyninin “Əsla siqaret çəkən və içki içən adamla birlikdə olma” sözlərinə indiyədək əməl etdiyini deyib.

Şeyk aktyor sevgilisi Bredli Kuperin içkini tərgitdiyini, bu səbəbdən gündə ən az 12 saat yatdığını qeyd edib.