» » "Yetenek Sizsiniz"də münsiflər dəyişəcək

"Yetenek Sizsiniz"də münsiflər dəyişəcək

"Yetenek Sizsiniz"də münsiflər dəyişəcək
"Yetenek Sizsiniz"də münsiflər dəyişəcək Türkiyənin ən çox izlənən yarışma proqramlarından biri olan "Yetenek Sizsiniz" yeni mövsümə başlayır.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, proqram oktyabrın 17-də TV8 kanalında start götürəcək.

Son mövsümdə münsifləri heyətində aparıcı Acun İlicalı, aktrisa Özgü Namal, aktyor Eser Yenenler və müğənni Murad Boz olan yarışmada dəyişiklik edəcəyi gözlənilir.

Belə ki, M.Boz yenidən "O səs Türkiyə"nin münsif kürsüsündə oturmağa başlayıb.

Ö.Namal isə keçən il tamaşaçılar tərəfindən o qədər də sevilməmişdi.

Hülya Avşarın yenidən "Yetenek Sizsiniz"ə dönəcəyi müzakirə edilsə də, aktrisa "Kösem Sultan"da iştirak etdiyi üçün müqaviləyə görə başqa heç bir yerdə görünə bilməz. Onun TV8-dəki gecə verilişidə bağlanılıb.

Beləliklə, qarşıdakı günlərdə yarışmanın yeni münsiflər heyəti açıqlanacaq.