» » Sanem haqqında şayiə yayanların izinə düşdü

Sanem haqqında şayiə yayanların izinə düşdü

Sanem haqqında şayiə yayanların izinə düşdü
Sanem haqqında şayiə yayanların izinə düşdü Bir müddət Amerikada yaşadıqdan sonra Türkiyəyə qayıdıb karyerasına davam edən aktrisa Sanem Çelik qəribə vəziyyətlə üz-üzə qalıb.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisanın haqqında yenidən ABŞ-a qayıtması və karyerasına son qoyması barədə dedi-qodular yayılıb. Qəsdən aparılan qara piar Sanemi bərk əsəbləşdirib. S.Çelik barəsində “aktrisalıqdan tamamilə getdi” xəbərlərini yayan şəxsləri axtarır. Sonuncu dəfə “Balıq” filmində rol alan Sanem bunun qəsdən edildiyini və onun yolunu kəsməyə çalışıldığını bildirib.

Bu yaxınlarda “Vida məktubu-Ankara yazı” adlı yeni filmə təklif alan aktrisa rejissor Əhməd Sönməzə “Sanem Amerikaya köçüb, çəkilmək istəmir” deyildiyini öyrənincə şoka düşüb. S.Çelik artıq rejissordan da həmin şəxslərin kim olması haqda məlumat istəyib.

Sanem yaxınlarına “Təbliğat aparıb, mənə ziyan vurmaq istəyənlər var” deyərək artıq bundan təşvişə düşüb.