» » İki məşhur akyor məhkəməyə verildi - dələduzluğa görə

İki məşhur akyor məhkəməyə verildi - dələduzluğa görə

İki məşhur akyor məhkəməyə verildi - dələduzluğa görə
İki məşhur akyor məhkəməyə verildi - dələduzluğa görə

Film və televiziya dünyasının iki məşhur aktyoru Şevket Çoruh və Hüseyn Avni Danyal dələduzluqda günahlandırılır.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, Kadıköydə kafe işlədən Y.Tögül adlı qadın hər iki aktyoru onu 3 aydır ki pis vəziyyətdə qoymaqda günahlandırıb. O, H.Avnidən 3500 lirəyə kirayəyə götürdüyü kafenin qiymətinin əslində 500 lirə olduğunu öyrənib. Belə ki, aktyor dükanın sahibi yox, kirayəçisiymiş. Sadəcə 500 lirəyə götürdüyü kafeni 7 qat bahasına başqasına kirayə verib.

Daha sonra Danyal "Arka sokaklar"da "Komissar Mesut" obrazını canlandıran Şevket Çoruhu məkanın sahibi ilə görüşdürüb. Həmin yerin eyni zamanda iki kirayəcisi olmaqla problemlər çoxalıb. Çoruh kafenin altındakı teatrı pulla aldıqdan sonra kafeni də almaq istəyib. Gənc qadın pis vəziyyətdə qalınca Çoruh günahın onda olmadığını deyərək özünü müdafiə edib.

Y.Tögül hər iki aktyoru məhkəməyə verib.