» » "Evlilik camaata göstərmək üçündür"

"Evlilik camaata göstərmək üçündür"

"Evlilik camaata göstərmək üçündür"
"Evlilik camaata göstərmək üçündür" Keçən il ailə quran, "Küçük Ağa" serialının baş qəhrəmanı Birce Akalay həyat yoldaşı Sarp Levendoğlu haqda danışıb.

Ucarliyiq.biz xəbər verir ki, aktrisa "BeStyle" jurnalına verdiyi müsahibəsində evlilik haqda danışıb:

"Evlilik kimə görəsə sərhədləri olan bir yaşam tərzidir. Mənim üçün isə tam tərsinə: həyatda görülməyəcək qədər azadlıq. Mənim gözümdə evliliklə sevgili olmağın heç bir fərqi yoxdur. Sadəcə ailə həyatında dəqiq bir vəd və niyyət var: ömrünün sonuna qədər bir yolda əl-ələ tutub getmək. Bundan sonra uşaq sahibi olmaq və ailəni genişləndirmək. Yüz illərdir bu belədir, dəyişmir. Çünki insan özünə söz verməyi, inanmağı, paylaşmağı sevir. Kağız üzərində evlilik camaata göstərmək üçündür".