» » Türk kinosunun məşhur aktyoru dünyasını dəyişdi

Türk kinosunun məşhur aktyoru dünyasını dəyişdi

Türk kinosunun məşhur aktyoru dünyasını dəyişdi
Türk kinosunun məşhur aktyoru dünyasını dəyişdi Türk kinosunun məşhur siması Sırrı Elitaş dünyasını dəyişib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı aktyor bir müddət əvvəl beyin qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

“Yeşilçam” ulduzu elə müalicə aldığı xəstəxanadaca keçinib. Elitaş günorta namazından sonra torpağa tapşırılıb.

Qeyd edək ki, Sırrı Elitaş 1944-cü ildə Ərzurumda dünyaya gəlib. 60-cı illərdə taksi sürücüsü olarkən rejissorlardan biri tərəfindən təsadüfən görülərək film aləminə gətirilib. O, 600-dən çox filmə çəkilib. Elitaş əsasən mənfi obrazları canlandırıb.