» » "Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model

"Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model

"Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model
"Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model

Yoluxduğu "Vitiliqo" xəstəliyini üstünlüyə və fərqliliyə çevirməyi bacararaq ən məşhur modellərdən biri olan Şantel Braun-Yanq (Vinnio Herlou) İstanbulda keçirilən "Forum Fashion Week" çərçivəsində podiuma çıxıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, o, müsahibə zamanı Ankaradakı terrora görə oteldən çölə çıxmayacağını deyib:

- Həm kədərləndim, həm də qorxdum. Sülh üçün bir araya gəlmiş insanlara qarşı belə bir hərəkəti başa düşmürəm. Amma bu hadisə Türkiyə ilə bağlı fikirlərimi dəyişdirməyəcək. Terror dünyanın hər tərəfində var və heç yerdə bu ədalətli deyil.

O, bədənindəki ləkələr haqda da danışıb:

- Uzun illər öncə bədənimdəki ləkələrlə barışdım və özümü daha çox sevməyə başladım. 4 yaşımda həkim mənə Maykl Ceksonun da yoluxduğu bu xəstəliyin diaqnozunu qoyub. Məktəbdə dostlarım mənə çox lağ edərdilər. Lağ etdikləri üçün təhsili yarıda buraxıb, məktəbdən çıxdım.

Nadir xəstəliklə dünyanın ən məşhur simalarından birinə çevrilən Şantel həyatını dəyişən nöqtəni belə təsvir edib:

- Özümə qapanmadım. Gözəl üzüm və bədənim var idi. Sosial şəbəkələrdə fotolarımı paylaşmağa başladım və Tayra Benks məni öz şousuna dəvt etdi və beləliklə karyeramda addımlar atmağa başladım. bu il Nyu-York moda həftəsində artıq podiumdaydım. Qüsurlarla da gözəl olmağın mümkünlüyün hər kəsə sübut etdim.

"Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model

"Hər kəs mənə lağ edirdi" - nadir xəstəliyə tutulan model