» » Məşhur sənətçinin əşyaları hərraca çıxarıldı

Məşhur sənətçinin əşyaları hərraca çıxarıldı

Məşhur sənətçinin əşyaları hərraca çıxarıldı
Məşhur sənətçinin əşyaları hərraca çıxarıldı Əfsanəvi sovet aktyoru, şair, müğənni Vladimir Vısotskinin fransız əsilli həyat yoldaşı, aktrisa Marina Vladi onun şəxsi əşyalarını Parisdə hərraca çıxarıb.

Ucarliyiq.biz "Report"a istinaən xəbər verir ki, bu barədə məlumatı Rusiya məbuatı yayıb. Hərraca çıxarılan əşyalar içərisində Vısotskinin ölümqabağı üzünün surəti çıxarılan bürüncdən hazırlanmış maska, Marina Vladi üçün 1980-ci ildə yazdığı sonuncu sevgi şeirinin əlyazması, zərgərlik məmulatları, fotoşəkillər, yağlı və sulu boya ilə çəkilmiş tablolar, və s. yer alıb.

V.Vısotskinin yazdığı son şeirin ilkin qiyməti 10 min avrodur. Ölümqabağı üzünün surəti çıxarılan maska isə 30-50 min avroya hərraca qoyulub. Əşyalar arasında V.Vısotskiyə tanınmış şəxslərin avtoqrafı ilə bağışlanan fotolar və tablolar da yer alıb.

Hərrac noyabrın 25-də Druot malikanəsində baş tutacaq. Auksiona çıxarılan qiymətli əşyalar malikanəyə noyabrın 24-də gətiriləcək.