» » "Ailəmdən çox, onun yanında olmuşam" - Fatma Girikdən ilk açıqlama

"Ailəmdən çox, onun yanında olmuşam" - Fatma Girikdən ilk açıqlama

"Ailəmdən çox, onun yanında olmuşam" - Fatma Girikdən ilk açıqlama
"Ailəmdən çox, onun yanında olmuşam" - Fatma Girikdən ilk açıqlama Bu gün dünyasını dəyişən tanınmış rejissor-aktyor Memduh Ünün aktrisa həyat yoldaşı Fatma Girik ilk dəfə açıqlama verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa vətəndaş nikahında yaşadığı 56 illik ərinin ölümünü qəbul edə bilmədiyini deyib:

“O, mənim hər şeyim idi. 56 illik həyat yoldaşım idi. Mən ailəmdən çox, onun yanında olmuşam. Hələ də inana bilmirəm”.

Qeyd edək ki, Memduh Ün bir ildir ki, reanimasiyada olub. Rejissor ağciyər çatışmazlığından bu sabah dünyasını dəyişib. Fatma Girikə bu xəbəri isə həkimlər zəng vuraraq çatdırıblar.