» » Cansu Dərə baş rola onunla çəkiləcək

Cansu Dərə baş rola onunla çəkiləcək

Cansu Dərə baş rola onunla çəkiləcək
Cansu Dərə baş rola onunla çəkiləcək Aktrisa Cansu Dərənin baş rolda yer aldığı və çəkilişləri dekabra təxirə salınan “Bəyaz gecə” serialındakı tərəf müqabili bəlli olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəniz Akçayın ssenarisi əsasında lentə alınan ekran işində daha əvvəl aktyor Birkan Sokullunun baş rollardan birini paylaşacağı deyilirdi. Lakin daha sonra rolu üçün zəif olacağı düşünüldüyündən prodüser şirkəti aktyorla müqavilə imzalamaqdan imtina etmişdi.

Cansu ilə baş rola aktyor Timuçin Esen çəkiləcək. İkinci dəfə ata olmağa hazırlaşan aktyor ekranlara qayıtmaq qərarına gəlib.

Serialın musiqilərini tanınmış bəstəkar Toyqar İşıklı yazıb.

Cansu ekran işində xarici ölkədən Türkiyəyə gəlmiş tərcüməçi rolunu canlandıracaq və biri gənc, digəri ortayaşlı olan 2 aşiq arasında seçim etməli olacaq.

Cansu Dərə baş rola onunla çəkiləcək