» » Castin və Selenadan gözlənilməz addım - audio

Castin və Selenadan gözlənilməz addım - audio

Castin və Selenadan gözlənilməz addım - audio
Castin və Selenadan gözlənilməz addım - audio

Keçmiş sevgililər Selena Qomez və Castin Biber gözlənilməz addım atıblar.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, həftəsonu "OVO Sound Radio"nun efirində müğənnilərin ifasında gözlənilmədən duet eşidilib.

Fanatlar üçün sürpriz olan bəstə "Strong" adlanır. Castin mahnıda "Mən nə etməliyəm, kimlə danışmalıyam, bilmirəm" deyir. Selena isə "Mən istərdim ki, bizdə hər şey yaxşı olsun, amma heç nəyi dəyişə bilmirəm" hissəsini oxuyub.

"Strong" Castin və Selenanın yenidən sevgili olacağını gündəmə gətirib.

Qeyd edək ki, karyeralarının ilk illərində sevgili olan cütlük daha sonra ayrılmışdı. Hətta onlar arasındakı münasibətin gərgin olduğu deyilirdi. Buna sübut kimi "MTV Music Awards"ın təqdimatında Castinin ifası zamanı Selena rəfiqəsi və həmkarı Teylor Svift ilə kulisə gedərək mahnını dinləməmişdi.

<iframe style="WIDTH: 667px; HEIGHT: 400px" height="315 src=https://www.youtube.com/embed/bgNDXtNmfL4" frameborder="0" width="420" allowfullscreen=""></iframe>