» » Bəyaz qorxu dolu anlar yaşadı

Bəyaz qorxu dolu anlar yaşadı

Bəyaz qorxu dolu anlar yaşadı
Bəyaz qorxu dolu anlar yaşadı Şoumen Bəyazid Öztürk Acıbadəm Xəstəxanasında obyektivlərə tuş gəlib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası Nurtən Öztürkü həkimə gətirdiyini söyləyən Bəyaz çox qorxduğunu deyib. O, səhərə yaxın telefon zənglərinə cavab verməyən anasına görə bərk qorxduğunu və təlaş keçirdiyini bildirib:

“Səhər anama zəng vurdum. Amma telefonu götürmədi. Təlaşlanıb evə getdim. Qapını çilingir açdı. Sən demə, yıxılıb, ayağını sındırıb və buna görə yerindən qalxa bilməyib. Bir azdan əməliyyat olunacaq”.