» » Toyları təxirə salındı

Toyları təxirə salındı

Toyları təxirə salındı
Toyları təxirə salındı Türkiyəli model Şəbnəm Şeferlə iş adamı Murad Kadıoğlunun oktyabrın 24-nə planlaşdırılan toyu təxirə salınıb.

Ucarliyiq.biz “Sabah”a istinadən xəbər verir ki, buna səbəb iş adamının səhhətində yaranan problemdir. Murad bədəninin müxtəlif nahiyələrində yaranan iltihab səbəbindən 10 gündür, xəstəxanada müalicə olunur. Şəbnəmin yaxınlarına “Muradın vəziyyəti yaxşı deyil. Özünü pis hiss edir” deyərək şikayətləndiyi məlum olub.

Qeyd edək ki, Ş.Şefer artıq toy hazırlıqlarını yekunlaşdırmışdı. Model bu yaxınlarda alış-veriş zamanı görüntülənmiş və nikaha hazırlıq gördüyünü bildirmişdi.