» » Məhkəmə qərar çıxardı, qalib gələn tərəf...

Məhkəmə qərar çıxardı, qalib gələn tərəf...

Məhkəmə qərar çıxardı, qalib gələn tərəf...
Məhkəmə qərar çıxardı, qalib gələn tərəf... Müğənni Ajda Pekkanın onun haqqında təhqiramiz sözlər səsləndirən həmkarı Bülənt Ərsoya qarşı qaldırdığı məhkəmə prosesi yekunlaşıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən il iftar qonaqlığında Ajdanın ona salam vermədiyini iddia edən Bülənt müğənni haqqında təhqiramiz sözlər işlətmiş, A.Pekkan isə onu məhkəməyə vermişdi. 9 mərhələdən sonra məhkəmə bu gün Ajdanın lehinə hökm çıxarıb. Məhkəmənin qərarına əsasən, B.Ərsoy günü 50 lirə ( təxminən 18 manat) olmaqla 75 gün ərzində 3 min 750 lirə (təxminən 1354 manat) pul cəzasına məhkum edilib.

İfaçının indiyədək heç bir cinayət əməlinin olmaması və bir daha təhqirlərə yol verməyəcəyi qənaətinə gəlindiyindən cərimənin ödənilməsi 5 il müddətinə təxirə salınıb.