» » "Oskar"ı bu il o aparacaq

"Oskar"ı bu il o aparacaq

"Oskar"ı bu il o aparacaq
"Oskar"ı bu il o aparacaq Bu il 88-ci “Oskar” mükafatlandırma mərasiminin aparıcısı yumorist-prodüser Kris Rok olacaq.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə əvvəlcə öz “Twitter” səhifəsində məlumat yayıb. Belə ki, Kris əlində heykəlciklə şəklini paylaşaraq “Baxın, kim qayıtdı” sözlərini yazıb.

Daha sonra isə mərasimin prodüserləri xəbəri “Oskar” Akademiyasının rəsmi saytında təsdiq ediblər. Onlar builki namizədin Kris Rok olmasına belə izahat veriblər:

“Kris Rok real namizəddir. O, yumorist, aktyor, ssenarist, prodüser, rejissordur. Hər sahədə istedadlıdır. O, “Oskar”ın aparıcısı olacaq”.

Qeyd edək ki, “Oskar” mükafatalandırma gecəsi gələn il fevralın 28-də Hollivudun “Delby” kinoteatrında keçiriləcək.

"Oskar"ı bu il o aparacaq