» » Bir zamanların uşaq ulduzu “Sezercik" axtarışa verildi

Bir zamanların uşaq ulduzu “Sezercik" axtarışa verildi

Bir zamanların uşaq ulduzu “Sezercik" axtarışa verildi
Bir zamanların uşaq ulduzu “Sezercik" axtarışa verildi

70-ci illərin uşaq ulduzu, “Sezercik” təxəllüsü ilə tanınan Sezer İnanoğlu qanunsuz silah və narkotik maddə saxladığı üçün polis tərəfindən axtarışa verilib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, bir neçə ay əvvəl terapevt sevgilisi Zeynəblə evlənərək üçüncü dəfə ailə quran Sezerə 75 ay həbs cəzası verilib.

Qeyd edək ki, atası tanınmış prodüser Berker İnanoğlu olan Sezer çəkildiyi filmlər sayəsində şöhrətin zirvəsinə yüksəlsə də, axıradak imicini qoruyub saxlaya bilmədi. Narkotik ticarəti və polisə silahlı hücum cinayətlərindən həbs edilən S.İnanoğlu daha əvvəl 2 dəfə evil olub.

Onun 1996-cı ildə evləndiyi ilk həyat yoldaşı Nil Pınar bir il sonra özünə silahla atəş açaraq intihar edib. Aktyorun adı bu intihar hadisəsində cinayətkar kimi hallansa da, heç bir sübut tapılmadığından sərbəst buraxılmışdı.

2007-ci ildə Mehtap Maral Kaykasoğlu ilə ailə quran Sezerin 2009-cu ildə anadangəlmə kor olan qızı Arzum Ayşe dünyaya gəlib. Cütlüyün qızının fiziki qüsurlu doğulması Sezerin hamiləlik müddətində xanımına zorakılıq tətbiq etməsi ilə əlaqələndirilirdi. Cütlük 2 il yarımlıq ailə həyatından sonra ayrılmaq qərarına gəlmişdi.