» » Aktrisadan uşaqlarına qadağa

Aktrisadan uşaqlarına qadağa

Aktrisadan uşaqlarına qadağa
Aktrisadan uşaqlarına qadağa 3 uşaq anası olan dünya şöhrətli aktrisa Keyt Uinslet uşaqlarına kompüteri qadağan edib.

Ucarliyiq.biz - in xarici mətbuata istinadən məlumatına görə, 40 yaşlı aktrisanın qızı Mia ilə oğlu Coenin evdə kompüteri belə yoxdur.

Keyt açıqlamasında “Mənim uşaqlarımın kompüteri, planşeti yoxdur. Çünki biz evdə belə vaxt keçirməyi xoşlamırıq. Uşaqlar qısa müddət sonra kompüterin asılılığına düşürlər. Buna görə də, diqqətli olmaq lazımdır” deyib.

K.Uinslet övladlarının “Dostlarımızın kompüteri var, bizim niyə yoxdur” sualına belə cavab verdiyini döyləyib:

“Mən də onlara kompüterdə vaxt keçirmək əvəzinə, gedib ağaca dırmaşa biləcəklərini deyirəm”.

Qeyd edək ki, bu günədək 3 dəfə ailə quran Keyt Uinsletin hazırkı həyat yolldaşı Ted Roknrolldan 2 yaşlı bir oğlu da var.

Aktrisadan uşaqlarına qadağa