» » "Sinəmə qayçını dirəyib, ölümlə hədələdi" - ərindən aparıcıya ittiham

"Sinəmə qayçını dirəyib, ölümlə hədələdi" - ərindən aparıcıya ittiham

"Sinəmə qayçını dirəyib, ölümlə hədələdi" - ərindən aparıcıya ittiham
"Sinəmə qayçını dirəyib, ölümlə hədələdi" - ərindən aparıcıya ittiham Aparıcı İkbal Gürpınarın boşanmaq qərarı verdiyi həyat yoldaşı Emre Ermiş onun haqqında gözlənilməz iddialarla çıxış edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə əri tərəfindən döyüldüyünü və izlənildiyini söyləyərək cangüdən tələb edən, Emreni evindən uzaqlaşdırma qərarı aldıran Gürpınar haqqında qarşı tərəf bunları deyib:

“Bir gecə qayçını sinəmə dirəyib məni ölümlə hədələdi və evdən qovdu. İki gün sonra isə üzr istəyərək qayıtmağımı istədi. Fikirlərimə əhəmiyyət vermir, məni xor görürdü. Tənbəl və qorxaq olduğumu deyirdi. İntellektual baxımdan özünü məndən üstün tuturdu”.

E.Ermiş bildirib ki, İ.Gürpınarın bütün bu addımlarından sonra məhkəmədən qorunmağı tələb etsəydi, rədd cavabı ilə qarşılanacaqdı.