» » Büləntdən Ajdaya: "O heç makiyaj pulum belə deyil"

Büləntdən Ajdaya: "O heç makiyaj pulum belə deyil"

Büləntdən Ajdaya: "O heç makiyaj pulum belə deyil"
Büləntdən Ajdaya: "O heç makiyaj pulum belə deyil" Müğənni Bülənt Ərsoy onu məhkəməyə verən həmkarı Ajda Pekkanın qalib gəlməsinə münasibət bidirib.

Ucarliyiq.biz - in “Sabah”a istinadən məlumatına görə, Ajdanı təhqir etdiyinə görə məhkəmə tərəfindən 3750 lirə (təxminən 1354 manat) təzminat cəzasına məhkum edilən Bülənt bu məbləği çox az hesab edir. O, jurnalistlərə “Vəkilimə söyləyəcəyəm, o pulu ödəsin. Bu heç mənim makiyaj pulum belə deyil” cavabını verib.

Xatırladaq ki, ötən il iftar qonaqlığında Ajdanın ona salam vermədiyini iddia edən Bülənt müğənni haqqında təhqiramiz sözlər işlətmiş, A.Pekkan isə onu məhkəməyə vermişdi. 9 mərhələdən sonra məhkəmə Ajdanın lehinə hökm çıxarıb. Məhkəmənin qərarına əsasən, B.Ərsoy günü 50 lirə ( təxminən 18 manat) olmaqla 75 gün ərzində 3 min 750 lirə (təxminən 1354 manat) pul cəzasına məhkum edilib.