» » Ebru Gündeşdən boşanma xəbərlərinə açıqlama

Ebru Gündeşdən boşanma xəbərlərinə açıqlama

Ebru Gündeşdən boşanma xəbərlərinə açıqlama
Ebru Gündeşdən boşanma xəbərlərinə açıqlama Müğənni Ebru Gündeşin həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrabdan boşanacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

Ucarliyiq.biz - in məlumatına görə, ötən gün paparassilər tərəfindən görüntülənən sənətçinin barmağında nişan üzüyünün olmaması şayiələri daha da alovlandırıb. Ebru yazılanlarla bağlı sosial şəbəkədə açıqlama verib.

O, dedi-qoduların əsassız olduğunu bildirib:

“Son vaxtlar şəxsi həyatımla bağlı yazılan xəbərlərin heç biri doğru deyil. Belə informasiyalara, xahiş edirəm, etibar göstərməyin”.