» » Ajdadan Büləntin "makiyaj pulum deyil" sözlərinə cavab

Ajdadan Büləntin "makiyaj pulum deyil" sözlərinə cavab

Ajdadan Büləntin "makiyaj pulum deyil" sözlərinə cavab
Ajdadan Büləntin "makiyaj pulum deyil" sözlərinə cavab Müğənni Ajda Pekkan həmkarı Bülənt Ərsoyun “Ajdanın verdirdiyi təzminat heç makiyaj pulum deyil” sözlərinə cavab verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına isitnadən məlumatına görə, Ajdanı təhqir etdiyinə görə məhkəmə tərəfindən 3750 lirə (təxminən 1354 manat) təzminat cəzasına məhkum edilən Bülənt bu məbləği çox az hesab edib. O, jurnalistlərə “Vəkilimə söyləyəcəyəm, o pulu ödəsin. Bu heç mənim makiyaj pulum belə deyil” cavabını vermişdi. Ajda isə açıqlamasında “Vəkilimə söyləmişəm, o pulu heyvan sığınacağına bağışlasın” söyləyib.

Xatırladaq ki, ötən il iftar qonaqlığında Ajdanın ona salam vermədiyini iddia edən Bülənt müğənni haqqında təhqiramiz sözlər işlətmiş, A.Pekkan isə onu məhkəməyə vermişdi. 9 mərhələdən sonra məhkəmə Ajdanın lehinə hökm çıxarıb. Məhkəmənin qərarına əsasən, B.Ərsoy günü 50 lirə ( təxminən 18 manat) olmaqla 75 gün ərzində 3 min 750 lirə (təxminən 1354 manat) pul cəzasına məhkum edilib.