» » Kayahanın qızından ögey anasına: "Məni yaddan çıxart..."

Kayahanın qızından ögey anasına: "Məni yaddan çıxart..."

Kayahanın qızından ögey anasına: "Məni yaddan çıxart..."
Kayahanın qızından ögey anasına: "Məni yaddan çıxart..."

Mərhum müğənni Kayahanın qızı Bəstə Açarın ifaçının ikinci həyat yoldaşı İpək Açarla arasındakı münaqişə davam edir.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, aralarında miras davasının davam etdiyi vaxtda Bəstə Açar "gülə bilmirəm, gəzə bilmirəm, xoşbəxt bir həftə sonum da yoxdur" yazıb.

İpək Açar isə ögey qızına söz ataraq "gülün, gülmək yaxşılaşdırır..." yazıb. Bunun ardından əsəbilən Bəstə hirsini belə ifadə edib:

"Məni izləməyinə blok qoyulmayıb. Amma yetər ki, mənim üstümə gəlmə, məni yaddan çıxart. Sənin bu yeni halını heç sevmədim".

Qeyd edək ki, atasının sərvətinin siyahıya alınması üçün məhkəməyə müraciət edən Bəstə onun xanımı haqda sərt sözlər işlətmişdi. İpək Açarın məhkəmədə Kayahanın bank hesabından götürülən pulların nəvəsi Obenin (Bəstənin oğlu – red.) təhsili üçün xərcləndiyini iddia etməsi qarşı tərəfi özündən çıxarıb. Bəstə İpəyə sosial şəbəkədə bunları yazmışdı:

“Həyatımıza qara bulud kimi çökdün. 17 yaşında “Mahnı oxumaq istəyirəm” adı ilə gəlib atamın ailəsini dağıtdın. Atan yaşında biri ilə 6 il yaşayandan sonra 1999-cu ildə ona ərə getdin və dərhal uşaq dünyaya gətirdin. Mənim körpə qəlbimi yaraladın. Bundan sonra ağzından oğlumla bağlı bir söz çıxsa, şirə dönərəm, xəbərin olsun. Atam nəvəsinə pul verəndə səndən soruşmalı idi? O pulları qazananda yanında sən var idin? Atam belində gitarası ilə gəzəndə anamla pəncərədə onun yolunu gözləyirdik. Sənin kimi sürücüyə “Maşını işə sal” əmri vermirdik. Qızın Aslı Gönülü mənim yerimə qoy, bax, həyat sənə necə görünəcək”.