» » "Mənə səs verməyin!" - Tatlısəs

"Mənə səs verməyin!" - Tatlısəs

"Mənə səs verməyin!" - Tatlısəs
"Mənə səs verməyin!" - Tatlısəs Noyabrın 1-də keçiriləcək seçkilərdə əvvəlcə bitərəf millət vəkilliyinə namizədliyini verən, daha sonra isə bu qərarından imtina edən müğənni İbrahim Tatlısəs İnstaqram izləyicilərinə xəbərdarlıq edib.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, ifaçı sosial şəbəkədə adının namizədlər siyahısında olmağına baxmayaraq, ona səs verilməməsini xahiş edib:

“Bildiyiniz kimi, noyabrın 1-i seçkilər günüdür. Əvvəlcə Şanlıurfa Bitərəf Millət vəkili namizədliyimi ölkəmin birlik və bərabərliyi üçün geri götürmüşdüm. Ancaq mən namizədlikdən çəkilməzdən öncə səsvermə blankları çap olunduğu üçün adım oradan silinməyib. Buna görə yanılmayın! 1 noyabr seçkilərində namizəd deyiləm. Səs versəniz, səsiniz nəzərə alınmayacaq. Xahiş edirəm, namizəd olduğumu düşünüb mənə səs verməyin!”.

"Mənə səs verməyin!" - Tatlısəs