» » Ancelina Coli Bred Pittlə əlbəyaxa davaya çıxdı

Ancelina Coli Bred Pittlə əlbəyaxa davaya çıxdı

Ancelina Coli Bred Pittlə əlbəyaxa davaya çıxdı

Məşhur aktrisa və rejissor Ancelina Coli yeni filminin çəkilişlərinə başlayıb.
Uarliyiq.biz - in məlumatına görə, aktrisa filmin dava səhnələrini yoldaşı Bred Pitt ilə canlandırmağın onlara çətin olduğunu deyib. Məşhur aktrisa əlavə edib ki, "Əlbəyaxa dava səhnəsini canlandırmaq üçün mən yoldaşımda özümə qarşı aqressiya və məyusluq hissini oyatmalı idim."
Filmdə bədbəxt ailənin dəniz kənarında keçən qeyri adi istirahətindən bəhs olunur. Filmdə Bred Pitt Roland adlı yazıçı, Ancelina isə rəqqasə Vanessa rolunda çıxış edir. Kinoda evli cütlük, Parisə səyahət zamanı, münasibətlərinin elə də yaxşı olmadığını hiss edir. Lakin dəniz kənarında əsabləri tarıma çəkilən həyat yoldaşları dava etməyə başlayır.
Ekran əsərinin üzərində cütlük hələ bal ayında olarkən işləməyə başlayıb. Ancelina müsahibələrinin birində deyib ki, “Bir çoxları bizi bu filmə görə ağılslz adlandırıb. Buna baxmayaraq, biz fəxr edirik ki, özümüzdə məhz belə film çəkməyə güc tapdıq. Bu filmin rejissoru quruluşçu ssenaristi və prodüssseri 40 yaşlı Ancelina Colidir. Bu onun həyat yoldaşı ilə birinci iş birliyi deyil. Hələ 2005-ci ildə Mistrer və Missis Smit adlı ekran əsərində Ancelina Coli həyat yoldaşı Bred Pitlə çəkilib.

Mənbə: Ans</span