» » ABŞ serialında türklər təhqir edildi - (FOTO)

ABŞ serialında türklər təhqir edildi - (FOTO)

ABŞ serialında türklər təhqir edildi - (FOTO)
ABŞ serialında türklər təhqir edildi - fotolar

ABŞ-ın məşhur serialı "Da Vinci’s Demons" ("Da Vinçinin şeytanları") türkləri tənqid və təhqir etdiyi üçün qınanılıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, yeni mövsümün ilk seriyasında Osmanlı imperiyasının Ortranto səfəri Leonardo Da Vinçinin gözündən dəhşətli səhnə kimi təsvir edilib. Qələbə zamanı şəhərdəki qadınların zorlanması, kişilərin kölə edilməsi iddia edilib.

Serialda Da Vinçi Osmanlının istifadə etdiyi silahların quruluşunun ondan oğurlandığını deyir. O, Al-Rahim adlı obraza tərəf dönərək "İdeyalarımı oğurlayıb, türklərə satdın. Məni aldatdın" deyir. Ekran işində türk əsgərləri "Allahsız kafirlər" adlandırılır. Mediçini ailəsinin üzvlərindən biri isə deyir:

"Türklərlə razılaşaq. Onlar Allahsız və kafir olsalar da, pulla satın alına bilərlər".

Digər obraz isə "qadınlarımızı zorlayıb öldürən, kişiləri kölə edən insanlarla razılaşma olmaz" deyərək etiraz edir.

Serialın keçən mövsümündə də "Tanrının insanlar üçün çox bəlası var: zəlzələ, vulkan, taun, xərçəng... Amma bunlardan daha pisi bu dəfə üstümüzə türkləri və tatarları göndərib" fikirləri eşidilmişdi.

Bütün bunlar sosial mediada geniş müzakirələr açıb.