» » Hicablı müğənni içki məclisində oxumaqdan vaz keçdi

Hicablı müğənni içki məclisində oxumaqdan vaz keçdi

Hicablı müğənni içki məclisində oxumaqdan vaz keçdi
Hicablı müğənni içki məclisində oxumaqdan vaz keçdi Oktyabın 30-da İzmirdə içki məclisinə çıxmağa hazırlaşan hicablı müğənni Niran Ünsal qərarını dəyişib.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, ötən aylarda hicab bağlamağa başlayan və “başını açmaq şeytana xidmət etməkdir” deyən ifaçı bu yaxınlarda yeni bir qalmaqalla gündəmə gəlmişdi. Sənətçinin içki məclisinə çıxacağı xəbəri sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanmış, Niran isə açıqlamasında səhnəyə pariklə çıxacağını bildirmişdi.

Lakin müğənni restoranın rəhbərliyi ilə qarşılıqlı razılığa gələrək içki məclisində oxumaqdan imtina edib.

Restoran rəhbərliyinin açıqlamasında sahibi olduqları məkanın “insanların dini inancları, geyim tərzləri və düşüncələrinə hörmət əlaməti olaraq” N.Ünsalla belə bir qərara gəldikləri bildirilir.