» » "Maykl Ceksonu öldürüblər" - iddia

"Maykl Ceksonu öldürüblər" - iddia

"Maykl Ceksonu öldürüblər" - iddia
"Maykl Ceksonu öldürüblər" - iddia

Popun kralı Maykl Ceksonun ölümünün arxasındakı sirr hələ də tam açılmayıb.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, radio aparıcısı Erhan Konuk maraqlı iddia irəli sürüb. O, 2009-cu ildə 51 yaşında dünyasını dəyişən popçunun biletləri satılan 50 konsertinə "yox" deməsinin ardından ölməsini şübhəli adlandırıb.

Xatırladaq ki, Ceksonun ölümündən sonra həkimi həbs olunmuşdu. E.Konuk isə bunları deyib:

"Ölmədən əvvəl müğənninin Böyük Britaniyada 30 konsert verməsi üçün müqavilə bağlanmışdı. Ancaq sənətçi "ardı-ardına bu qədər çox konsert verə bilmərəm" demişdi. Bundan sonra konsertlərin sayı bir az da artıb 50 oldu. Maykl isə bunun mümkünsüz olduğunu deyirdi. Ardından bir anket hazırlanmışdı. İnsanlardan "nə baş versə, Maykl Ceksonun konsertinin biletlərini qaytarmazsınız" sualı soruşuldu. 80 faiz insan "yalnız ölsə, biletin qaytarılmasını tələb etmərik" cavabını verdi. Bilet satışından milyonlar qazanıldığı üçün təşkilatçılar üçün yalnız bu yol sərfəli idi. Və iyunun 25-də Mayklın ölüm xəbəri gəldi. Məncə, onu öldürdülər".

Qeyd edək ki, hətta M.Ceksonun ölmədiyi, konsetlərdən imtina etdiyi üçün borcları qaytarmamaq üçün gizləndiyi iddiası da var.