» » Roluna çəkilməmiş serialdan imtina etdi

Roluna çəkilməmiş serialdan imtina etdi

Roluna çəkilməmiş serialdan imtina etdi
Roluna çəkilməmiş serialdan imtina etdi Baş rollarda almaniyalı aktrisa Məryəm Üzərli ilə Murad Yıldırımın çəkildiyi “Gecənin kraliçası” serialının heyətində kadr dəyişikliyi edilib.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, çəkilişləri bir həftə əvvəl Fransada başlayan serialın çəkiliş meydançasına hələlik heç bir səhnəsi olmasa da, baş çəkən aktyor Mehmet Aslantuğ layihəni tərk edib.

Prodüser şirkəti ilə müqaviləsini ləğv edən aktyor daha əvvəl də qarışıq obrazları canlandırdığını və bu dəfə riskə getməmək üçün belə bir qərara gəldiyini bildirib.

“Gecənin kraliçası”nda qaradənizli, sərt xarakterli obrazı canlandırmalı olan Mehmet oğlunun sevgilisinə aşiq ata rolunu oynayacaqdı.

Xatırladaq ki, M.Aslantuğ daha əvvəl “qarışıq münasibətlərin yer aldığı layihələrdə çəkilmərəm” deyərək “Aşk-ı Memnu”da yer almaqdan imtina etmişdi.