» » Aktrisadan boşanma xəbərləri haqda açıqlama

Aktrisadan boşanma xəbərləri haqda açıqlama

Aktrisadan boşanma xəbərləri haqda açıqlama
Aktrisadan boşanma xəbərləri haqda açıqlama

Aktrisa Pınar Altuğ son dövrlər həyat yoldaşı və həmkarı Yağmur Atacanla boşanacağı barədə iddialara cavab verib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, dünən daun sindromlu uşaqlar üçün təşkil edilən xeyriyyə tədbirinə qatılan aktrisa belə xəbərlərə güldüyünü deyib:

"Mən də sizin kimi qəzetlərdən oxuyuram bunu. Hər dəfə ciddiyə alıb kədərlənəsi deyiləm ki... Ərimin heç vecinə də deyil. O, qəzetlərlə yaşamır".

Qeyd edək ki, 41 yaşlı Pınar 7 ildir ki, 32 yaşlı Yağmurla evlidir. Onların bir qızı var.