» » "Həmişə arzulamışam, gənc yaşda ata olum"

"Həmişə arzulamışam, gənc yaşda ata olum"

"Həmişə arzulamışam, gənc yaşda ata olum"
"Həmişə arzulamışam, gənc yaşda ata olum" “Real-Madrid” oyunçusu Kriştiano Ronaldo müsahibə verib.

Ucarliyiq.biz - in xarici mətbuata istinadən məlumatına görə, karyerası və ailəsindən danışan futbolçu oğlu Kriştiano-balaca dünyaya gəldikdən sonra həyatının necə dəyişməsindən bəhs edib:

“Bu, inanılmazdır. Mən hətta təsəvvür edə bilməzdim ki, həyatım bu qədər dəyişər. Həmişə arzulamışam ki, gənc yaşımda ata olum. Bu da 25 yaşımda oldu. Oğlum mənim düşüncə tərzimi dəyişdi. O, həmişə mənimlədir və mənə dəstək olur”.

Həmişə olduğu kimi, oğlunun anasının kimliyini gizlədən Ronaldo uşağı üzərində himayə hüququnun tam onun üzərində olduğunu deyib. O, oğlunun tərbiyəsində anası Mariya Doloreşin kömək etdiyini bildirib:

“Atam həmişə qapalı insan olub. Deyəsən, bu bizdə ailəvidir. Bu o demək deyil ki, mənim dostlarım yoxdur. 4, ya 5 əsl dostum var. Bu, mənə bəsdir”.