» » Sərdar Ortaç hakim qarşısına çıxacaq

Sərdar Ortaç hakim qarşısına çıxacaq

Sərdar Ortaç hakim qarşısına çıxacaq
Sərdar Ortaç hakim qarşısına çıxacaq “Twitter” sosial şəbəkəsində müğənni Sərdar Ortaçı təhqir edən Mehmet H.D. adlı şəxsin məhkəməsi keçirilib.

Ucarliyiq.biz Türkiyə mətbuatınma istinadən xəbər verir ki, ifaçının vəkili istifadəçinin 4 aydan 2 il 8 ayadək həbsini tələb edib. Günahkar isə əslində müğənni Sərdar Ortaçı təhqir etmədiyini, ona bənzəyən dostuna söz atdığını bildirib:

“Mən G.Y. adlı dostumu nəzərdə tutaraq həmin tviti yazmışdım. Çünki dostum Sərdar Ortaçı çox sevir və ona bənzəyir. Ona “Sərdar Ortaç” ləqəbi qoymuşuq. G,Y.-nin də məhkəməyə gətirilməsini və dinlənilməsini istəyirəm. Onu görərkən bənzərliyi özünüz də hiss edəcəksiniz. Belə bir hadisənin içinə düşdüyüm üçün çox peşmanam”.

Qeyd edək ki, məhkəmə prorsesə qatılmayan müğənni Sərdar Ortaçın da hakim qarşısına çıxmasına qərar verərək işi martadək təxirə salıb.