» » Ona "çəpgöz" deyən qadını biabır etdi - foto

Ona "çəpgöz" deyən qadını biabır etdi - foto

Ona "çəpgöz" deyən qadını biabır etdi - foto
Ona "çəpgöz" deyən qadını biabır etdi - foto

Model Deniz Akkaya İnstaqramda onu tənqid edən izləyicisinə sərt cavab verib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatıan görə, bir qadın Denizin fotosunun altına "keçmiş halınız daha gözəldi. Ümumiyyətlə, çəpgözsünüz" yazında məşhur model əsəbiləşib. O, həmin qadının bir fotosunu paylaşaraq yazıb:

"Səhifəmdə gözəlliyini paylaşmaqdan narahat olmadığım bu xanım sünən mən yatanda fotomun altına mənə "çəpgöz" deyib. Mən də sevgi ətirli bu cümlələri yazan gözəlliyə girib baxdım. Çox haqlı olduğunu düşündüyüm üçün sizlərlə paylaşıram. Kimsə kimisə bəyənmək məcburiyyətində deyil. Özündə gördüyün əskiklikləri dünyaya yaymaq, ağzının suyun axıtmaq qəlbin çirkinliyidir".

Bu paylaşımda təqibçiləri modelə haqsız olduğunu deyiblər. D.Akkaya da "Mənə durduğum yerdə təhqir yazanı biabır etmə hüququna sahibəm" deyə, cavab verincə həmcinslərini daha da əsəbiləşdirib. Onun estetik əməliyyatsız fotolarını paylaşan təqibçilər "o qadın da sənin qədər əməliyyat etdirsə, gözəl olar. Bu etdiyiniz çox ayıbdır" yazıblar. Akkayanın biabır edərək fotosunu paylaşdığı qadın isə hesabını bağlayıb.

Qeyd edək ki, D.Akkaya 1997-ci ildə Kənan İmirzalıoğlu ilə "Best model of Turkey" seçilmişdi.

Ona "çəpgöz" deyən qadını biabır etdi - foto

Ona "çəpgöz" deyən qadını biabır etdi - foto