» » Ancelina Coli: "Problem olan kimi boşanırlar" - (FOTO)

Ancelina Coli: "Problem olan kimi boşanırlar" - (FOTO)

Ancelina Coli: "Problem olan kimi boşanırlar" - (FOTO)
Ancelina Coli: "Problem olan kimi boşanırlar" - fotolar Dünyaca məşhur “Wall Street Journal” Ancelina Coli ilə müsahibə hazırlayıb.

Ucarliyiq.biz - in məlumatına görə, aktrisa dərgi üçün maraqlı fotolar da çəkdirb.

O, həyat yoldaşı Bred Pittlə bağlı açıqlama da verib:

“Həyatda pis nəsə olanda evli cütlüklər ya birləşir onu keçirməyə çalışır. Ya da ayrılıb, hər kəs problemi öz üsulu ilə yaşamağa üstünlük verir. Çoxları ikinci yolu seçir və boşanır. Mənim üçün isə hər bir ağır anı və fırtınanı keçmək üçün birləşmək yaxşıdır. Həyatda heç nə möhtəşəm deyil. İlk dəfə Kambocanın kəndinə gedəndə ölmüş, qəmgin insanlar görəcəyimi düşünürdüm. Amma əksi oldu. Orada işıq, mehribanlıq, yumor, optimizmlə rastlaşdım. Başa düşdüm ki, həyatım hədsiz dərəcədə sərhədlənib. Mənim hələ böyüməyə ehtiyacım var. Yadıma düşür, hava limanında anama zəng vurdum və dedim: “Bundan sonra heç nədən şikayətlənməyəcəm, bu insanlardan möhkəmlik öyrənəcəm”.

Coli övladlarından da söz açıb:

“Əmin olmaq istəyirəm ki, övladlarım mənimlə bağlı çox narahatlıq keçirməyəcək. Hətta nəyə görəsə pis oluramsa və bunu övladlarım bilirsə, onlarla danışmağa çalışıram. İstəyirəm bilsinlər ki, hər şey yaxşıdır. Onların rahat olması üçün uyğun sözlər tapıram”.