» » "Həyatımı məhv etdi" - müğənni keçmiş əri haqda

"Həyatımı məhv etdi" - müğənni keçmiş əri haqda

"Həyatımı məhv etdi" - müğənni keçmiş əri haqda
"Həyatımı məhv etdi" - müğənni keçmiş əri haqda Jurnalist-müğənni Ayşə Özyılmazel ilk dəfə keçmiş həyat yoldaşı, hazırda “Yetenek Sizsiniz”də münsif kürsüsündə əyləşən Əli Taran haqqında danışıb.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, uzun müddətdir əri ilə bağlı danışmayan ifaçı jurnalistlərin onun haqqında sualını eşidən kimi əsəbləşib. Ayşə Əlinin onun həyatını məhv etdiyini bildirib:

“Bir-birinə nifrət edən insanlar, bir də görürsən, yenidən barışırlar. Amma mənim xarakterimdə belə şeylər yoxdur. Kimsə mənim günahım olmadığı halda, həyatıma mənfi təsir göstərdisə və mən o təsiri illərdir öz üzərimdə hiss etdimsə, həmin adama heç vaxt uğur arzulamıram. Mən yaxşı insan olmaqdan yorulmuşam. O, mənim gəncliyimi, həyatımı məhv etdi. Başıma çox pis işlər gəldi. 4 ildir, depressiyadayam. Sevmişdim, amma bunun nəticəsini 4 ildir, çəkirəm. Qadınların xətrinə dəyən heç bir kişi xoşbəxt olmasın. Hər şeyin dərdini mən çəkdim”.