» » "Gangnam Style"a heykəl qoyulur

"Gangnam Style"a heykəl qoyulur

"Gangnam Style"a heykəl qoyulur
"Gangnam Style"a heykəl qoyulur Bu ilin sonunda Cənubi Koreyanın paytaxtında “Gangnam Style” rəqsinə heykəl qoyulacaq.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, PSY (Pak Çe San) tərəfindən oynanılan rəqsin çarpazlanmış əl elementi ölümsüzləşdiriləcək.

Layihənin müəllifi heykəltəraş Xvanq Man-Seokdur. Seullular da heykəltəraşın ideyasını dəstəkləyərək, bunun məşhur turist obyektinə çevriləcəyi qənaətindədirlər. Heykəl iri ticarət mərkəzi olan Kannamqu şəhərində ucaldılacaq.

Qeyd edək ki, “Gangnam Style” mahnısı 2012-ci ildə dünya şöhrəti qazanıb. Mahnıya çəkilmiş klip “Youtube”da 2,4 milyard baxışla izlənilmə rekordu qırıb.