» » İki uşaq anası olan aktrisanın makiyajsız fotosu

İki uşaq anası olan aktrisanın makiyajsız fotosu

İki uşaq anası olan aktrisanın makiyajsız fotosu
İki uşaq anası olan aktrisanın makiyajsız fotosu

Aktrisa Liv Tayler iki oğlu ilə gəzərkən obyektivlərə düşüb.

Axşan.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, 38 yaşlı L.Tayler makiyajsız və sadə görüntüsü ilə diqqət çəkib.

Qeyd edək ki, "Aerosmith" qrupundan Stiv Taylerin qızı olan Liv elə atasının "Crazy" adlı mahnısının klipi ilə kamera qarşısına çıxıb. Ardından bir neçə filmə çəkilən gənc qız "Üzüklərin sahibi" ("Lord of Rings") filmindəki Elf şahzadəsi obrazı ilə daha çox tanınıb.

O, S.Taylerin qızı olduğunu da sonradan öyrənib. Çünki atasının ona soyadını verən Todd Rundqren olduğunu zənn edirdi. Anası Bebe Buell və doğma atası Stiv çox tez ayrıldıqları üçün ona Todd atalıq etmişdi.

Kiçik yaşlarında S.Taylerin sadəcə ailə dostu olduqları üçün onlarla tez-tez görüşdüyün fikirləşən qız daha sonra atasının kimliyini bilərək soyadını da dəyişərək Tayler edib.

Liv ilk evliliyini musiqiçi Royston Lanqdonla qurub. 2003-2008-ci ildə birgə olan cütlüyün 11 yaşlı Milo adlı oğulları var. Hazırda isə aktrisa Devid Qardner ilə birlikdədir və 9 aydır ki, Seylor adlı oğlunu dünyaya gətirib.