» » Namiq Qaraçuxurlunun səsi batıb

Namiq Qaraçuxurlunun səsi batıb

Namiq Qaraçuxurlunun səsi batıb

“Çox qorxuram”.

Meyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb.

ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki, Namiq Qaraçuxurlunun uzun müddətdir səsi batıb: 

“İki aydır ki, səsimdə problem var. Ona görə istirahət etdim. Səsimi itirməkdən çox qorxuram. Heç vaxt səsim iki ay müddətində batmamışdı. Psixoloji sarsıntılar keçirdim, əsəblərim pozulmuşdu. Mənim kimi sakit adam hər xırda məsələyə əsəbiləşirdim. Başa düşdüm ki, mən sənət olmadan yaşaya bilmərəm. Artıq səsim düzəlib, yeni mahnılar yazdırmağa başlayıram. Gələn il konsert proqramı ilə çıxış edəcəm. Bu il şəxsi məsələlərimə vaxt ayırmışam”.

Qaraçuxurlu yay istirahətindən də söhbət açıb:

“Bu yay bağda dincəldim, idmanla məşğul oldum. Bir neçə gün sonra bölgələrimizin birinə üz tutacam. İstirahət üçün xarici ölkələrə getmədim. Mənim istirahətim oktyabrdan sonra başlayacaq. Dekabrda isti ölkələrin birinə yollanacam”. 

ucarliyiq.biz