» » Balaca şahzadənin tortu hazırlandı - (FOTO)

Balaca şahzadənin tortu hazırlandı - (FOTO)

Balaca şahzadənin tortu hazırlandı - (FOTO)
Balaca şahzadənin tortu hazırlandı - fotolar Böyük Britaniya taxtının balaca varisi Corc üçün maraqlı tort hazırlanıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Birminhemdən olan şirniyyatçı Lara Klark bu yaxınlarda keçirilən “Cake International 2015” yarışmasında hazırladığı əl işi ilə hər kəsi heyran qoyub.

Lara şahzadə Uilyamla Kembric hersoginyası Keyt Midltonun oğlunun fotoəksi əsasında tort bişirib. Tortdakı obrazın balaca şahzadənin həqiqi görünüşünün eynisi olması görənləri təəccübləndirib.

“İki həftə əvvəl ərə getmişəm. Böyük fiqur hazırlamaq üçün mənim vaxtım yox idi. Münsiflər mənə təklif etdilər ki, tanınmış bir simanın tortunu bişirim. Şahzadədən məşhur kim ola bilər?”, – deyə L.Klark açıqlamasında bildirib.

Lara tortu hazırlamaq üçün 30 saat vaxt sərf edib.

Qalibin kim olacağı isə hələ ki bilinmir.

Balaca şahzadənin tortu hazırlandı - (FOTO)

Balaca şahzadənin tortu hazırlandı - (FOTO)