» » Sevgilisini döyən aktyor özü də zədə alıb

Sevgilisini döyən aktyor özü də zədə alıb

Sevgilisini döyən aktyor özü də zədə alıb
Sevgilisini döyən aktyor özü də zədə alıb

Aktyor Saruhan Hünelin döydüyü sevgilisi jurnalist Edda Sönmezə cangüdən verilib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, futbolçu Paskal Numayla müsahibəsindən sonra birgə foto çəkdirdiyi üçün sevgilisinin qısqanclığına səbəb olan jurnalist qadın döyüldükdən sonra polisə şikayət etmişdi.

O, Saruhanın yenidən ona zərər verə biləcəyindən qorxduğu üçün məhkəmədən mühafizəsini təşkil etmələrini istəyib.

Qərar nəticəsində Sönmez üçün 6 aylıq cangüdən tutulub.

Qeyd edək ki, hadisədən sonra aktyorun sevgilisinə zəng vuraraq "səni döyəndə belimi zədələdim, ağrı içindəyəm. Hazırda müalicə olunuram" dediyi iddia edilir.