» » Arnold Şvarsneqqer hind filminə çəkilir - 15 milyon dollara

Arnold Şvarsneqqer hind filminə çəkilir - 15 milyon dollara

Arnold Şvarsneqqer hind filminə çəkilir - 15 milyon dollara
Arnold Şvarsneqqer hind filminə çəkilir - 15 milyon dollara Aktyor Arnold Şvarsneqqer Bollivudda debüt edəcək.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatıan görə, o, rejissor Şankarın "Robot 2" boevik filmində çəkiləcək. Aktyor çəkiliş meydançasında keçirəcəyi hər günə görə 500 min dollara alacaq. Nəticədə isə Arnoldun ilk dəfə hind kinosunda görünməsi ona 15 milyon dollar qazandıracaq.

Filmin yaradıcı heyətin bu pulun boşa getməyəcəyini, kassa gəlirindən bundan artıq qazanacaqlarını deyiblər. Rejissor A.Şvarsneqqer və Hyu Cekman arasında seçim etdiyini bildirib.

Qeyd edək ki, Hollivud ulduzu dəfələrlə hind kinosuna heyranlığını dilə gətirib. Onun Hindistana səfəri dekabrda baş tutacaq və həmin ərəfədə çəkilişlər başlayacaq.