» » Gülben Ergen əsgərlərlə görüşdü, dağda məktəb açdı - (FOTO)

Gülben Ergen əsgərlərlə görüşdü, dağda məktəb açdı - (FOTO)

Gülben Ergen əsgərlərlə görüşdü, dağda məktəb açdı - (FOTO)
Gülben Ergen əsgərlərlə görüşdü, dağda məktəb açdı - fotolar

Müğənni Gülben Ergen "Uşaqlar gülsün deyə..." layihəsi çərçivəsində yeni məktəb açmaq üçün dağlarda yerləşən Doğubayazıta gedib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, orada növbədə duran əsgərlərlə görüşən müğənni fotoları İnstaqram hesabından paylaşaraq bir neçə mesaj yazıb:

"Uşaqlar gülsün deyə, 5 ildir ki, ən uzaq kəndləri gəzirəm. Qərbə olan marağımız bəzən həddini aşır. Özümüzü unutmamalıyıq. Əsgərimiz dağ başında növbə çəkərkən üşüdüyüm üçün utandım. Ağrı dağındakı uşaqların daha bir məktəbi oldu. Gən qızların dilində "Kalbimi koydum" mahnısı, əllərində "Öğrendim ki..." kitabım var idi. Gözlərim dolaraq imzaladım".

"Allaha əmanət ol, əsgərim! Üzü gülən əsgərim, əlləri buz əsgərim".

"Ağrının uşaqları güləcək... Bu yol uzun, küləkli, soyuqdur... Sevinclə, təhsillə isinəcək".

G.Ergenin həyat yoldaşı Erhan Çelik də İnstaqramda ona tərif və təşəkkür yazıb:

"Təhdidlərə boyun əymədən o qarlı dağların arasında, məhz uşaqlar gülsün deyə, məktəb açan insan... Səni buna görə tənqid edən hər kəsin ürəyini toplasan səninki qədər etməz. Qürur duydum".