» » Məşhur rejissorun ssenarisi oğurlanmış filminin ilk tizeri

Məşhur rejissorun ssenarisi oğurlanmış filminin ilk tizeri

Məşhur rejissorun ssenarisi oğurlanmış filminin ilk tizeri
Dünya şöhrətli rejissor Kventin Tarantinonun sonuncu layihəsi "The Hateful Eight"in (”İyrənc səkkizlik”) tizeri yayımlanıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Semuel L.Cekson, Tima Rota, Çenninq Tatum, Kurt Rassel, Maykl Medsen, Cennifer Ceyson və başqalarının tol aldığı ekran işində qar fırtınası zamanı yolunu azan insanların arasında yaranan xəyanət və yalan dolu hadisələrdən bəhs olunur.

Qeyd edək ki, Tarantino həm də filmin ssenaristidir. Ötən il ekran işinin ssenarisi oğurlanmış və qabaqcadan internetdə yayılmışdı. Uzun müddət məhkəmələrdə mübarizə aparan Kventin bəzi dəyişikliklər etməklə ssenarini yenidən işləyib və filmin çəkilişlərinə başlayıb.